L.Həmilton: “Bu ən yaxşı yarışlarımdan biri oldu”

Lyuis Həmilton bu gün Avstraliya yarışına sonuncu yerdən başlamalı olub, onun arxasında yalnız pit-leyndən start almış Toyota sürücüləri yarışa qoşulublar. […]

Lyuis Həmilton bu gün Avstraliya yarışına sonuncu yerdən başlamalı olub, onun arxasında yalnız pit-leyndən start almış Toyota sürücüləri yarışa qoşulublar. Amma son nəticədə Lyuis elə məhz bu sürücülərlə podium uğrunda mübarizə aparmalı olub, yarışda podiuma qalxa bilməsə də, yarışdan sonra stüardlar Trullini qadağan olunmuş yerdə ötmə etdiyinə görə cəzalandırdıqları üçün Lyuis protokollara üçüncü yerin sahibi kimi yazılıb…

Lyuis Həmilton: “Bu gün biz gözlədiymizdən də çox xal qazandıq. Deməli biz qalib gəlməyi unutmamışıq: bizim ideal taktikamız var idi və komanda fantastik iş gördü.

Mən maşından maksimum istifadə etdim və ən yaxşı yarışlarımdan birini keçirdim, ona görə də yarışdan razıyam. Mən Censonu ürəkdən təbrik edirəm – o bütün uik-endi güclü idi və komandası ilə bu uğura layiqdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*