L.Həmilton: “Biz məyus ola bilmərik”

İspaniya Qran Prisinin finişində Lyuis Həmilton yarışın qalibinə cəmi 0.6 saniyə uduzub və komandanın tərəqqisindən razı qalıb… Lyuis Həmilton: “Bu […]

İspaniya Qran Prisinin finişində Lyuis Həmilton yarışın qalibinə cəmi 0.6 saniyə uduzub və komandanın tərəqqisindən razı qalıb…

Lyuis Həmilton: “Bu gün biz məyus ola bilmərik. Komanda uik-endin gedişində fantastik iş gördü, pit-stopları əla keçirdi – bu dəfə biz rəqabətədavamlı idik.

Mən yaxşı start aldım və Red Bull maşınlarının tempində gedirdim, amma Alonso onları ləngidirdi. Maşın uzun məsafədə sürətlidir, amma son dövrələrdə Fetteli ötmək asan olmadı – Red Bull sürətli döbgələrdə əlçatmazdır, sonuncu döngədə isə onların maşınında böyük asfalta yatma qüvvəsi hiss olunur. Mən əlimdən gələni etdim, çox xal qazandım və turnir cədvəlində ikinci yerimi qorudum – pis nəticə deyil.

Komanda keçən Qran Pri ilə müqayisədə inkişaf edib, sürətimiz artıb, bu nikbin olmağa əsas verir. Təəssüf ki, mən Sebastyana üçüncü, doqquzuncu və sonuncu döngələrdə uduzurdum, ona görə də tam yaxınlaşa bilmirdim, trasda DRS-in üstünlüyü də kifayət qədər hiss olunmurdu. Amma mən şadam ki, Censonla birlikdə bu gün Red Bull-u pressinq altında işləməyə məcbur edə bildik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*