L.Həmilton: “Alonso ən sürətli rəqibdir”

Lyuis Həmiltonun sözlərinə görə, qarşıdakı mövsümdə onu McLaren-də komanda yoldaşı olmuş Censon Battonla rəqabəti elə də narahat etmir, çünki mövsümdə […]

Lyuis Həmiltonun sözlərinə görə, qarşıdakı mövsümdə onu McLaren-də komanda yoldaşı olmuş Censon Battonla rəqabəti elə də narahat etmir, çünki mövsümdə onun əsas rəqibi Fernando Alonso olacaq…

Lyuis Həmilton: “Censonla mübarizəyə və rəqabətə gəlincə, bu mövzu məni narahat eləmir. Məni Fernando ilə mübarizəö daha çox ruhlandırır. Məhz onu mən trasda üstələmək istəyirəm. Əlbəttə, Sebastyan Fetteli də qabaqlamaq istəyirəm, çünki bu iki sürücünün məndən çox titulu var. Amma Alonsonu mən ən sürətli sürücü hesab edirəm, həm də onun təcrübəsi daha çoxdur.

Onu trasda üstələmək asan deyil, bunun üçün onu ötmək və ondan uzaqlaşmaq lazımdır, amma bu il Ferrari rəqabətədavamlı maşın hazırlayıb. Doğrudan da onu qabaqlamaq çətin olacaq.”

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*