Leo Kinnunen dünyasını dəyişib

Uzun sürən xəstəlikdən sonra Formula1-in ilk finlandiyalı sürücüsü Leo Kinnunen dünyasını dəyişib.

Keçmiş sürücünün ölümü barədə xəbəri yerli İlta-Sanomat qəzeti yayıb. Valtteri Bottas isə həmyerlisinin ailəsinə başsağlığı ünvanlayıb:


Leo keçən əsrin 70-ci illərində nəinki vətənində, həm də bütün Avropada ən məşhur sürücülərdən idi. Leo sportkarların yarışında parlaq qələbələr qazanmışdı. Pedro Rodrigeslə birlikdə Daytonada 24 saatlıq, Brənds Hətç və Montsada 1000 km-lik, Uotkins Qlendə 6 saatlıq əfsanəvi marafonlarda qələbə qazanmışdı. 1973-cü ildə İnterserie çempionatında ardıcıl 3-cü titulunu rəsmiləşdirdikdən sonra F1-ə dəvət olunmuşdu.

Amma zəif Surtees maşınının sükanı arxasında heç bir dəfə də olsun finiş görməyən Leo çempionatı birdəfəlik tərk edərək yenidən sportkarların yarışına qayıtmışdı.

Leo “Uçan finlandiyalı” (The Flying Finn) ifadəsini avtoidmana gətirən sürücüdür – bu ifadə onun həm dəbilqəsində, həm də idarə etdiyi maşınlarda əks olunurdu. Bundan başqa Formula1-in ilk finlandiyalı sürücüsü həm də çempionatda açıq dəbilqə ilə (yəni vizorsuz) çıxış edən sonuncu sürücü idi.

F-1.az bildirir ki, Leo son günlərinədək Formula1-i izləyirdi və Soçidə ilk qələbəsini qazanan Bottası şəxsən təbrik etmişdi…

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*