Ləns Stroll: “Sürücü kimi təkmilləşdim”

Williams komandasının sabiq sürücüsü Ləns Stroll bu il Britaniya komandasında yarışmaqdan həzz almayıb.

F-1.az xatırladır ki, kanadalı sürücü bu il Azərbaycan və İtaliya yarışlarında xal ala bilib. Gələn il 20 yaşlı sürücünün Force İndia komandasında çıxış etməsi gözlənilir.

Ləns Stroll: “Bu il komandada yarışmaqdan həzz almadım. Lakin keçən il əylənmişdim. İndi isə qış fasiləsindən həzz alacam. Daha sonra isə işimlə məşğul olacam. Bu il ən zəif bolid bizdə idi. Məncə, bundan sonra Williams ancaq irəliyə gedə bilər. Mövsümün əvvəlində bolid pis yığılmışdı. Mövsüm ərzində də inkişaf edə bilmədik. Bu ildən həzz almadım. Amma sürücü kimi təkmilləşdim. Cəmi 6 xal toplaya bildim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*