L.di Qrassi Pirelli-nin testlərində işləyib

Türkiyə Qran Prisi ərəfəsində Pirelli şirkəti İstanbul Parkı şəxsi testləri üçün icarə edib – bu gün səhər neytral qara rəngə […]

Türkiyə Qran Prisi ərəfəsində Pirelli şirkəti İstanbul Parkı şəxsi testləri üçün icarə edib – bu gün səhər neytral qara rəngə boyanmış Toyota şassisinin sükanı arxasında Lukas di Qrassi işləyib.

Şirkət səkkizinci döngədə təkərlərin yeyilməsini yoxlayıb. Proqram başlanmazdan əvvəl Pirelli Motorsport-un başçısı Pol Hembri jurnalistlərə bildirib ki, testlər zamanı sürücünün mühəndislərlə əks əlaqəsi də qiymətləndiriləcək ki, onun proqramda gələcək iştirakı barədə qərar qəbul olunsun.

Bu gün trasda problem yaşanmayıb, hərçənd, güclü külək və soyuq hava proqramı tam yerinə yetirməyə imkan verməyib. Sabah testlər davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*