L.di Qrassi Floprianpolisdə birinci yarışda qələbə qazanıb

Felipe Massanın Braziliyanın Florianpolis şəhərində hər ilin sonunda təşkil etdiyi İnternational Challenge of Go-Kart Champions kartinq yarışının birinci günü qələbəni […]

Felipe Massanın Braziliyanın Florianpolis şəhərində hər ilin sonunda təşkil etdiyi İnternational Challenge of Go-Kart Champions kartinq yarışının birinci günü qələbəni Lukas di Qrassi bayram edib.

Yarış dünən axşam süni işıqlandırma altında keçirilib. Lukas gərgin mübarizədə Massanı qabaqlaya bilib, pouldan start almış Antonio Pitsoniya isə liderə 3 saniyə uduzaraq üçüncü olub.

Bu gün gecə ikinci yarış baş tutacaq, bu dəfə pouldan birinci yarışda səkkizinci olmuş Rubens Barrikello start alacaq, yəni ilk səkkizlik riversiv qaydada yarışa başlayacaq. Yarışın ümumi qalibi isə iki nəticənin cəminə görə müəyyən olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*