L.di Montedzemolo: “Massa gələn il bizimlə qalacaq”

Ferrari-nin prezidenti Luka di Montedzemolo bildirib ki, Felipe Massa gələn il Ferrari-də qalacaq. Fernando Alonsoya aşkar uduzan braziliyalı sürücünün yerinə […]

Ferrari-nin prezidenti Luka di Montedzemolo bildirib ki, Felipe Massa gələn il Ferrari-də qalacaq. Fernando Alonsoya aşkar uduzan braziliyalı sürücünün yerinə başqa sürücünün axtarılması barədə bütün şayiələrə baxmayaraq, Montedzemolo qeyd edib ki, gələn il Skuderiyanın heyəti dəyişməyəcək…

Luka di Montedzemolo: “70-ci illərdə, mən komandanın gənc idman direktoru olanda, deyirdilər ki, uğur bərabər şəkildə həm maşından, həm də sürücüdən asılıdır. İndi isə maşının payı xeyli çoxdur, amma istənilən halda, sürücüyə 10% və ya 30% düşsə də, sürücü həlledici bənddir.

Alonso əladır, Massa isə əvvəlki formasını bərpa edir, ona görə də, məncə, problem sürücülərdə deyil. Hazırda çoxlu şayiələr gəzir, amma Fernando və Felipe gələn il komandada qalacaqlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*