L.di Montedzemolo: “Əvvəl-axır Fettel Ferrari-də olacaq”

Ferrari-nin sürücülər üçün xüsusi cəzbetmə qüvvəsi olmasını söyləmək artıqdır. Rəqiblər sürətli maşın hazırlaya bilərlər, yarışlarda qələbə qazana bilərlər, amma əfsanəvi […]

Ferrari-nin sürücülər üçün xüsusi cəzbetmə qüvvəsi olmasını söyləmək artıqdır. Rəqiblər sürətli maşın hazırlaya bilərlər, yarışlarda qələbə qazana bilərlər, amma əfsanəvi markanaın maşınları sürücüləri maqnit kimi cəzb edir. İstənilən Formula1 sürücüsü al-qırmızı kombinezon geyinməyi uşaqlıq arzusu kimi gözləyir.

Ferrari-nin prezidenti Luka di Montedzemolo əmindir ki, günlərin bir günü builki dünya çempionu Sebastyan Fettel də qırmızı maşının sükanı arxasında oturacaq. Skuderiyanın Milad bayramı tədbirində çıxış edərkən Montedzemolo deyib ki, “Sebastyan sürətlidir, gəncdir və ağıllıdır, ona görə də o əvvəl-axır Ferrari-nin sükanı arxasına oturacaq.”

Maraqlıdır ki, 2012-ci ildə Red Bull-la müqaviləsi başa çatacaq (deyilənlərə görə, komandanın müqaviləni 2017-ci ilədək uzatmaq hüququ da var) alman sürücü də gələcəkdə Skuderiyaya keçməsini istisna etmir: “Əgər tarixə baxsanız, Ferrari həmişə sürətli maşın qura bilib. Ona görə də nə vaxtsa bu komandaya keçə bilərəm.”

Lakin əgər Sebi Maranelloda gözləməyə hazırdılarsa, mühəndis ştabını Ferrari artıq indidən gücləndirməyə başlayıblar. Kölndə nəşr olunan Express qəzetinin bildirdiyinə görə, Montedzemolo Red Bull-un qələbələrinin əsas səbəbkarı Ədrian Nyuiyə təkliflər planı təqdim edib. Amma mühəndisə, deyəsən, Ferrari-nin cəzbetməsi təsir etməyib – britaniyalı mütəxəssis təklifə imtina edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*