Bu gün Luka Badoyer təkcə Ferrari-nin heyətində debüt etməsinə görə diqqət cəlb etməyib, italiyalı sürücü pit-leyndə dörd dəfə sürət limitini aşdığı üçün stüardlar tərəfindən dörd dəfə cərimə olunub – cərimənin ümumi məbləği 5400 Avro təşkil edib. Maraqlıdır ki, bütün qanun pozuntuları yarım saatın daxilində baş verib…
FİA-nın protokollarından da göründüy kimi Badoyer yerli vaxtla saat 14:11-də pit-leyndə 62.7 km/saat sürətlə (600 Avro cərimə), 14:21-də 66 km/saat sürətlə (1800 Avro), 14:42-də 61.8 km/saat sürətlə (Luka buna görə cərimə olunmayıb, amma komanda xəbərdarlıq alıb) və 14:44-də yenidən 66 km/saat sürətlə (3000 Avro) hərəkət edib.
Xatırladaq ki, Badoyer 10 ildir ki, Ferrari-nin tes sürücüsüdür və testlərdə pit-leyndə sürət limiti 100 km/saatdır, ona görə də Luka hər dəfə pit-leynin başlanmasını bildirən ağ xəttə çatarkən əyləci gec basırdı…