L.Badoyer: “Başlıcası finişə çatmaqdır”

Valensiyada Ferrari-nin test sürücüsü Macarıstan Qran Prisinin sıralanma turunda zədələnmiş Felipe Massanı əvəz edəcək, bununla da Luka 1994-cü ildə Skuderiyanın […]

Valensiyada Ferrari-nin test sürücüsü Macarıstan Qran Prisinin sıralanma turunda zədələnmiş Felipe Massanı əvəz edəcək, bununla da Luka 1994-cü ildə Skuderiyanın heyətində iki yarış keçirmiş Nikola Larinidən sonra Ferrari-nin heyətində ilk italiyalı sürücü olacaq. Luka on ildir starta çıxmır və birinci dəfə Ferrari-nin heyətində yarışa çıxacaq. Bu gün o bildirib ki, əsas məqsəd finişə çatmaqdır…

Luka Badoyer: “Mən sərbəst yürüşləri nikbinliklə gözləyirəm. İlk yarış Formula1-in yarış yuik-endinin ritmini xatırlamağa kömək edəcək, ona görə də konkret məqsəd güdmürəm, başlıcası finişə çatmaqdır.

Mən şadam ki, Mixael Qran Priyə gələcək, son günlərdə biz bir yerdə çox vaxt keçirmişik, çoxlu söhbətlər etmişik, məncə, o mənə bir neçə vacib məsləhət verəcək. Onun orda olması çox vacibdir, heyif ki, o sükan arxasında olmayacaq, axı mən onun azarkeşiyəm.

Mənim Kimi Rəykkönenlə də münasibətlərim əladır, şübhə etmirəm ki, biz yaxşı komanda yoldaşları olacayıq. Kiminin özünəməxsus xarakteri var, amma mən onu yaxşı tanıyıram, bizə bir yerdə yaxşıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*