25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:12

L.Strollun özünə inamı artıb

L.Strollun özünə inamı artıb

Müəllif: Rauf Hacıyev, redaktor

15:15 - 14 Aprel, 2017

Williams komandasının debütant sürücüsü Ləns Strollun Çində sıralanma turundakı perfornansından sonra özünə inamı artıb.

F-1.az xatırladır ki, Stroll Formula1 karyerasının ilk yarışı Avstraliyada bərbad sıralanma turu keçirərək sonuncu olmuş və yarışı əyləc probleminə görə vaxtından əvvəl dayandırmışdı.

Mövsümün ikinci yarışı Çində isə 18 yaşlı sürücü sıralanma turunda əla performans göstərərək onuncu olsa da, startda Pereslə təmas etdiyi üçün növbəti dəfə yarışı bitirə bilməmişdi.

Ləns Stroll: “İnkişaf etdiyimi düşünürəm. Cümə günü yağışa görə trasa çıxa bilmədik. Çində əvvəllər yarışmamışdım. Sadəcə sonuncu sərbəst yürüşlərdə bir neçə dövrə vura bildim. Sonra sıralanma turuna keçdik və son sessiyaya qalaraq 10-cu yeri tutdum. Bu, mənim üçün böyük inkişafdır. Yeni sükan sistemi də mənim uğuruma kömək etdi.

Formula1 mənim üçün hələ yenidir. Bütün detalları anlamaq istəyirəm. Bunun üçün bəzən bir yarış bəs edir. Boliddə özümü get-gedə yaxşı hiss edirəm. Çinə yenidən qayıtsam və Avstraliyada yenidən başlasam, hər şey fərqli olardı.

Çində yarışı bitirə bilmədim. Buna görə məyusam. Səbəbinə görə yox. Təkrarlara baxdım və yarış qəzası idi. Bu barədə çox danışmaq lazım deyil. Serxioya əsəbləşməmişəm. Bu hadisəni unutdum. Bəhreynə fokuslanıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 907
Teqlər , , , , , ,
Paylaş

logo