L.Strollun milyarder atası oğlunu müdafiə edib

Lənsin milyarder atası Lourens Stroll bildirib ki, oğlu Formula1-dəki təzyiqlə yaxşı mübarizə aparır.

F-1.az xatırladır ki, kanadalı sürücü bu mövsüm 4 yarışda damalı bayraq görməyib və hələ də xal qazana bilməyib.

Lourens Stroll: “Mən heç vaxt Lənsin üzərində təzyiq qurmadım. O, Formula1-ə qədər bütün seriyalarda özünü yaxşı tərəfdən göstərdi. Qatıldığı hər turnirdə qalib gəldiyi üçün Formula1-də iştirak etmək istədi və mən də xəyallarını reallaşdırması üçün ona kömək etdim. Ləns bura istedadı hesabına gəlib.

Pullu sürücü sözünü qəbul etmirəm. Hazırda peletondakı bütün sürücülərin maliyyə cəhətdən dəstəyi var. Ləns də onlardan fərqlənmir. Vandornla oğlumu müqayisə etmək doğru deyil. Stoffelin 25, Lənsin 18 yaşı var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*