L.Stroll: “Vilnövü ciddiyə almıram”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Jak Vilnövün sərt tənqidləri ona təsir etmir.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü Monrealda ilk xallarını, Bakıda isə ilk podiumunu qazanmamışdan əvvəl Jak Vilnöv onu Formula1 tarixinin ən bərbad debütantı adlandırmışdı.

Ləns Stroll: “Onun dediyini ciddiyə almıram. Jak həmişə neqativ danışan bir adam olub. Fettel və Həmilton arasındakı hadisədə də hamının əksinə heç bir problem görmür. Mən öz işimə fokuslanmağı seçirəm. Keçən il Formula3-də Dünya Çempionu olanda mənə ürək-dirək vermədi. Bu il də yarışlarda çətin anlar keçirərəkən, dəstək olmadı. Buna görə də ondan belə sözlər eşitmək məni təəccübləndirmədi. Ancaq mənim və ətrafımdakıların xoşbəxt olması çox vacibdir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*