15 Dekabr 2017, Cümə - 18:13

L.Stroll: “Vilnöv boş-boş danışır”

L.Stroll: “Vilnöv boş-boş danışır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:07 - 18 Noyabr, 2017

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, öz performansına 8.5 xal verir.

F-1.az xatırladır kanadalı sürücü debüt mövsümündə 40 xal toplayıb və təcrübəli komanda yoldaşı Massadan cəmi 2 xal geri qalır.

Ləns Stroll: “Hələ inkişaf etməliyəm. Təbii ki, 10 ballıq sistemdə özümə 10 bal verə bilmərəm. Amma 8.5 bal verə bilərəm. Beşinci yeri qorusaq, hər şey yaxşı olar. Sıralanma turunda özümü təkmilləşdirməliyəm. Daha yaxşı pilot olmaq üçün çalışıram və gələn il eyni səhvləri təkrarlamayacam.

Jakın dediklərinə qulaq asmıram. O, həmişə belə danışır və artıq bunu normal qəbul edirəm. Kiminsə fikri mənə vacib deyil. Hələ çox gəncəm və qarşımda uzun illər var. Məqsədim Formula1 üzrə Dünya Çempionu olmaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 233
Teqlər , ,
Paylaş

logo