24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:04

L.Stroll startda beş yer itirəcək

L.Stroll startda beş yer itirəcək

Müəllif: Elçin Zodorov, redaktor

09:04 - 25 Mart, 2017

Avstraliyada sıralanma turu hələ başlamayıb, lakin artıq məlumdur ki, Williams-ın debütant sürücüsü Ləns Stroll startda beş yer itirəcək.

F-1.az xəbər verir ki, komandanın mexanikləri üçüncü sessiyadakı qəzadan sonra Lənsin maşınının ötürmələr qutusunu dəyişmək qərarına gəliblər. İlk baxışda maşının vəziyyəti çox pis görünməsə də, zərbə kifayət qədər güclü olub. Ötürmələr qutusu ilə yanaşı, maşının arxa hissəsi demək olar ki, tamamilə yenisi ilə əvəzlənəcək. Ön asılqan və ön qanadın da zədələndiyi bildirilir.

Lənsin maşınını tam hazır vəziyyətə gətirmək üçün mexaniklərin çox az vaxtı qalıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 086
Teqlər , , , , ,
Paylaş

logo