L.Stroll söz tapa bilmir

Formula1 karyerasının ilk xallarını vətəni Kanadada qazanan Ləns Stroll göstərdiyi performansa görə özü ilə fəxr duyur.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü mövsümün ilk 6 yarışında etdiyi qəzalarla gündəmə gəlmişdi. Lakin debütant sürücü öz publikası önündə 17-ci yerdən başladığı yarışı 9-cu yerdə bitirərək, ilk xallarını qazanıb. Beləliklə, Stroll bir yeniliyə də imza atıb – gənc sürücü xal qazanan ilk qeyri-vilnöv soyadlı kanadalı olub.

Ləns Stroll: “Hər cəhətdən xüsusi və təəccüblü yarış idi. Hazırda yaşadığım hissləri sözlərlə ifadə edə bilmirəm. Mövsümün əvvəli mənim üçün asan keçmədi. Çox problem yaşadım, səhvlər etdim, lakin, bilirdim ki, uğurlu olacağam. Yarışda hər şey mükəmməl idi. Sıralanma turunda və yarışda problem yaşamadım. Bunu edəndə yaxşı nəticələr ala bilirsiniz. Mükəmməl strategiya ilə qüsursuz sürdüm. Bolidimin balansı yaxşı idi və yekunda 9-cu yeri tutdum.

Yarışda gözəl hücumlar etdim. Bunları hər yarışda etmək mümkün olmur. Bəziləri darıxdırıcı olur və başladığınız yerdə qalırsınız. Amma bu dəfə elə olmadı. Gərgin anlar da var idi, ancaq həyəcanverici idi. Alonsonu keçsəm də, o məni izləməyə davam edirdi. Dövrələrimiz getdikcə yaxşılaşırdı. Alonso bəzən mənə çox yaxınlaşırdı. Bu əsl yarış idi.

Heç vaxt istedadıma şübhə ilə yanaşmadım. Bilirdim ki, sürətli olacam və vəziyyətə nəzarət etməyə çalışdım. Kanada hər şeyi göstərdi. Problemsiz bir gündə hər şey edə bilərəm. Həmişə doğru anı gözlədim. Pit-stopları vaxtında etdim və qəzalardan qaça bildim. İlk xallarıma görə sevinirəm. İndi xalları artırmaq lazımdır. Ancaq asan olmayacaq. Pozitiv olmalıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*