24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:28

L.Stroll son sessiyaya çıxa bilmədiyi üçün məyusdur

L.Stroll son sessiyaya çıxa bilmədiyi üçün məyusdur

Müəllif: Rauf Hacıyev, redaktor

08:16 - 30 Aprel, 2017

Həftəyə gözəl başlanğıc edən Ləns Stroll sıralanma turunda son sessiyaya qala bilmədiyi üçün məyus olduğunu bildirib.

F-1.az xatırladır ki, kanadalı sürücü sıralanma turunda 12-ci olsa da, 11-ci yeri tutmuş Saynsın startda 3 yer itirməsi ilə bir pillə irəliləyib.

Ləns Stroll
: “Düşünürəm ki, bəxtim gətirmir. İkinci sessiyada fikirləşirdim ki, son sessiyaya qalmaq mümkündür, amma təkərləri ideal temperatura çatdıra bilmədim və buna görə vaxt itirdim. Xüsusən də son sesktorda asfaltla ilişmədə problem yaşadım və oradakı itki son sessiyaya qalmağıma mane oldu. Arxadan sürüşmənin də təsiri ilə səhv elədim və bunları düşünəndə 11-cilik pis nəticə deyil. Gözəl start alaraq bu səhvləri kompensə etmək istəyirəm. Önümüzdə uzun yarış var və görək nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 065
Teqlər , , , ,
Paylaş

logo