23 Sentyabr 2017, Şənbə - 09:48

L.Stroll: “Səhv qərar aldıq”

L.Stroll: “Səhv qərar aldıq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:10 - 11 İyun, 2017

Kanada Qran Prisinin sıralanma turunun birinci sessiyasında mübarizəni dayandıran Ləns Stroll komandasının səhv təkər strategiyası tətbiq etdiyini deyib.

F-1.az xatırladır ki, kanadalı sürücü Formula1 karyerası ərzində ilk dəfə öz publikası önündə çıxış edib, lakin “yerli qəhrəman” Monreala toplaşmış tamaşaçıları önündə pis nəticə göstərib.

Ləns Stroll: “Sessiyanın əvvəlində trasa çıxdıqdan sonra təkərləri dəyişdirmədik. Asfaltla ilişmə hər dövrə yaxşılaşırdı, lakin bu trasdakı vəziyyətin yaxşılaşmasına görə idi. Rəqiblərim nəticələrini yaxşılaşdırdığı üçün ikinci sessiyaya keçə bilmədim. Məncə, pitə girib təkər dəyişdirməmək düzgün qərar deyildi, amma indi bu barədə danışmaq çox çətindir. Həmişə hadisədən sonra danışmaq asandır, lakin bunun heç bir mənası yoxdur. Yarışda əlimdən gələni edərək, öz vətənimdə yaxşı nəticə almağa çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 878
Teqlər , , ,
Paylaş

logo