L.Stroll: “Pul çempionluq gətirmir”

Williams komandasının yeni sürücüsü Ləns Stroll arxasındakı maliyyə gücünün uğur gətirməyəcəyini bilir.

F-1.az xatırladır ki, bu il 18 yaşlı sürücü Avropa Formula3 çempionatında 14 qələbə qazanaraq, rahatlıqla çempion olmuşdu.

Williams komandası daha əvvəl bildirmişdi ki, onlar Strollu atasının milyardlarına görə yox, trasda qazandığı uğurlara görə transfer ediblər.

Ləns Stroll: “Formula1-də iştirak etmək üçün iki yolunuz var – ya güclü sponsorunuz olmalıdır, ya da ailə üzvlərinizdən biri sizi kiçik yaşda bu işə yönləndirib, bu sahədə inkişaf etməyinizə kömək etməlidir. Ailəm mənə həmişə dəstək oldu. Yarışlarda iştirak etmək üçün Kanadadan Avropaya gəldik. Onlar mənim sponsorum yox, uğurlu olmağım üçün əllərindən gələni edən dəstəkçilərim idilər.

Bəli, pul önəmlidir, amma ancaq pulunuza görə heç kim sizə çempionluq kubokunu verməyəcək. Pul sadəcə sizə fürsət yarada bilər. O fürsətdən istifadə etmək isə sizdən asılıdır. Super lisenziya xalınız olmasa, Formula1-də iştirak edə bilməzsiniz. Bunun üçün də F4, F3 və GP2 kimi seriyalarda çempion olmalısınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*