L.Stroll: “Öyrənmə prosesini tezləşdirmək mümkünsüzdür”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, ilk yarışdan bəri təkmilləşməyə davam edir və bu prosesi sürətləndirmək asan deyil.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü ilk 3 yarışda damalı bayrağı görmədən cəmi 52 dövrə vurmuşdu. Amma Rusiya yarışında yaxşı start alan və 8-ci yerə qədər yüksələn Stroll ilk dövrələrdə yerində fırlanaraq sonuncu yerə düşmüş və sonrakı səylərinə baxmayaraq, yarışı xal zonasından kənarda – 11-ci yerdə tamamlamışdı.

Ləns Stroll: “Yaxşı yarış üçün hər şeyi bir araya gətirməliyəm. Rusiyada yerimdə fırlanmasaydım, xal qazana bilərdim, amma yenə də səhv etdim. Felipe mənə çox kömək edir. Boliddən həmişə maksimumu çıxarır və mən də onun təcrübəsindən yararlanmaq istəyirəm. Bu vəziyyətdən həzz almıram. Formula3-də də hər şey pis başlasa da, orada vəziyyəti xeyrimə dəyişərək, yaxşı nəticələr almağa başladım. Burada da bir az zamana ehtiyacım var. Bu prosesi sürətləndirmək mümkünsüzdür, amma mövsümün ortasına doğru əsl performansımı göstərəcəyimə inanıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*