L.Stroll: “Oğlum gələn il Formula1-də olacaq”.

Lens Strollun atası Lourens Stroll bildirib ki, oğlu gələn ildən etibarən Formula1-də yarışacaq.

F-1.az xatırladır ki, Felipe Massa təqaüdə çıxandan sonra onun yerinə ən real namizəd Lens Stroll olmuşdu.

Milyarder Lourens Strollun oğlu Lens Stroll bu il Formula3-də hegemonluq edib və Dünya Çempionu titulunu qazanıb. Kanadalı sürücü eyni zamanda Williams ilə simulyatorda da işləyib.

Britaniya təmsilçisi Strollu Formula1-ə hazırlamaq üçün 2014-cü il bolidi ilə test proqramı hazırlamışdı. Williams komandası gənc sürücü ilə müqavilə bağlamaq üçün onun 18 yaşı olmasını gözləyir.

Lourens Stroll bildirib ki, Lens gələn il Formula1-də yarışacaq: “Lens gələn il Formula1-də olacaq. Bunu istəyirsiniz ağ, istəyirsiniz qara rəngdə yazın. O güclü sürücüdür və F3 çempionluğu onun gücünü sübut edir. Onun uğurları ilə fəxr edirəm.

Lens karyerası boyu çox işləyib. Bu il qazandığı çempionluq çox önəmlidir. O, çətin dövrlərdən keçib və bu onun üçün əla mükafat oldu. Onun ən böyük hədəfi Formula1-də yarışmaq idi və bu hədəfinə çatmış oldu. Karyerasının uğurlu olacağına əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*