L.Stroll: “Məşqçiyə ehtiyacım yoxdur”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, onun əlavə məşqçiyə ehtiyacı yoxdur.

F-1.az xatırladır ki, kanadalı sürücü bu il 6 yarışın 4-də finişə çata bilməyib və ən yaxşı nəticəsi Rusiya yarışındakı 11-cilikdir. 18 yaşll sürücüyə hazırda komanda yoldaşı Felipe Massa kömək edir.

Ləns Stroll: “Mən dostlarım və komanda üzvləri ilə yarışlara gedirəm. Hazırda öz komandam var və başqa birinə ehtiyacım yoxdur. Amma biri sizə kömək etsə, daha tez qabağa gedərsiniz. Lakin təcrübəniz artdıqca, buna ehtiyac qalmır. Hazırda mənə kömək edənlər var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*