18 Dekabr 2017, Bazar ertəsi - 13:01

L.Stroll: “Mənim üçün vacib yarış idi”

L.Stroll: “Mənim üçün vacib yarış idi”

Müəllif: Rauf Hacıyev, redaktor

21:00 - 03 Sentyabr, 2017

Ləns Stroll İtaliyadakı yarışda 7-ci olsa da, həzz aldığını deyib.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışa 2-ci yerdən başlasa da, növbə ilə Okon, Bottas və Fettel, Rəykkönen və Rikkardo tərəfindən keçildi.

Ləns Stroll: “İlk cərgədən başlamaq gözəl idi. Yağışlı havadakı sıralanma turu mənimçün ən vacib anlardan idi. Çətin şəraitdə istedadımı nümayiş etdirdim. Bəlkə daha güclü ola bilərdik. Lyuis pis start aldı və mənə mane oldu. Yavaşladığım üçün Okon məni qabaqladı. Yaxşı temp tutsam da, pit-stopda bir yer itirdim. Yeddinci yer yaxşı nəticədir. Təkərlərə görə bir az geridə qaldım. Təkərlərdə titrəmə çox idi, amma mübarizədən həzz aldım. Bu cür yarışlardan çox şey öyrənirsiniz. Mən də elə edirəm. Gələcəkdə burada daha güclü olmaq üçün hər xırdalığı analiz edəcəm. Bu gün və Bakı kimi yarışlar inkişafıma kömək edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 005
Teqlər , , ,
Paylaş

logo