22 Oktyabr 2017, Bazar - 10:31

L.Stroll keçmişi unutmağa qərarlıdır

L.Stroll keçmişi unutmağa qərarlıdır

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 19 Aprel, 2017

Wiliams komandasının sürücüsü Ləns Stroll mövsümün ilk 3 yarışında finiş görə bilməsə də, buna görə məyus olmur.

F-1.az xatırladır ki, 18 yaşlı debütant sürücü Avstraliyada əyləc problemi yaşamış, Bəhreyn və Çində isə qəza edərək finişə çata bilməmişdi.

Ləns Stroll: “Əsəbpozucu haldır, ancaq seçim etməyə şansım yoxdur. Bunu həll etməliyəm. Əlimdən heç nə gəlmir. İşimə fokuslanmalı və vəziyyəti xeyrimə dəyişməliyəm. Formula1 90 faiz psixoloji gücə bağlıdır. Psixoloji cəhətdən mənfi halları məğlub edə bilməsəniz, deməli, səhv idman növünü seçmisiniz. Üç yarışdan sonra Formula1-dən imtina etmək ağılsızlıq olar.

Bəxtsiz bir dövr idi. Avstraliyadakı əyləc problemində əlimdən heç nə gəlmirdi. Çində yarış insidenti oldu. Bəhreyndə isə bəxtim gətirmədi. Bu qədər bəsit. Keçmişə mənfi yöndə baxa bilmərəm. Təkmilləşdirməli cəhətlərimiz var. Hər yarış inkişaf edirik. İnkişafa davam etməliyik. Növbədə Avropa yarışları var. Keçmişdə oradakı trasların çoxunda yarışdığım üçün asan olacaq. Amma hər yarışa ayrı-ayrılıqda fokuslanacam. Keçmişi unutmalıyam”.

Karlos Sayns Bəhreyndə Stroll ilə insident yaşadığı üçün Rusiya yarışının startında 3 yer itirəcək. Amma kanadalı sürücü bu qərara görə məyusdur: “Karlosun yerində olsam, məyus olardım, Amma yarışçılar səhv edə bilərlər. Mən də səhvlər etdim. O da etdi. Ancaq gələcəkdə etməyəcəm və o da etməyəcək. Bu işlərdə belə olur. Bu, oyunun bir parçasıdır. Bu cür hallar baş verə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 305
Teqlər , , , , , , , , ,
Paylaş

logo