25 Sentyabr 2017, Bazar ertəsi - 13:51

L.Stroll ilki reallaşdırdığı üçün sevinclidir

L.Stroll ilki reallaşdırdığı üçün sevinclidir

Müəllif: Rauf Hacıyev, redaktor

22:14 - 24 İyun, 2017

Williams komandasının debütant sürücüsü Ləns Stroll sıralanma turunda, nəhayət, komanda yoldaşı Felipe Massanı geridə qoyduğu üçün xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, kanadalı sürücü Azərbaycandakı sıralanma turunda 8-ci olaraq, 9-cu olan komanda yoldaşı Massanı Formula1 karyerasında ilk dəfə qabaqlayıb.

Ləns Stroll: “İndiyə kimi gözəl həftəsonu oldu. Birinci sərbəst yürüşlərdən etibarən özümə güvənirdim. Tras, balans, hər şey yaxşı idi. Bu gün əla gündür. Sıralanma turunun son sessiyasında əvvəlki sessiyaya nisbətən vaxt itirdik, çünki trasın temperaturu aşağı düşdü. Qızdırma dövrəsində təkərləri işçi temperaturuna çatdıra bilmədim və dövrəmə pis təsir etdi. Komandada hər şeyi birlikdə danışırıq və doğru qərarlar alırıq. Formula1-də yenisinizsə, bütün çempionatlarda olduğu kimi sizin üçün nəyin yaxşı olduğunu anlamalısınız. Bəzən yaxşı nəticə üçün həftələr lazım olur. Bunlar hər yerdə ola biləcək şeylərdir. Hələ 8-ci yarışdayıq və ümid edirəm ki, uzunmüddətli layihənin içində olaram. Bugünkü nəticələrə görə sevincliyəm. Amma yarış sabahdır və xalları orada qazanmaq lazımdır. Lakin yenə də xoşbəxtəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 149
Teqlər , , , ,
Paylaş

logo