19 Noyabr 2018, Bazar ertəsi - 05:20

L.Stroll: “Hamı mənim paxıllığını çəkir”

L.Stroll: “Hamı mənim paxıllığını çəkir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:13 - 01 Aprel, 2017

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, insanlar paxıllıq üzündən onu sərt tənqid edirlər.

F-1.az xatırladır ki, Stroll keçən il Avropa F3 çempionatında rahatlıqla çempion olmuş və Williams komandası 18 yaşlı sürücünü komandaya transfer etmişdi. Bəzi mütəxəssislır bu transferdə Lənsin milyarder olan atası Lourens Strollun böyük payı olduğunu deyirlər və gənc kanadalının Formula1-də ilk çıxışları bu iddialara dəlalət edir.

Ləns Stroll: “Məncə, Formula1 paddokunda bütün sürücülər bir-birlərinə hörmət edirlər. Hamısı aşağı seriyalarda uğurlu olublar və bunun önəmini bilirlər. Amma haqqımda çıxan tənqidləri normal saymıram. Nəticədə insanlar danışmağa yer axtarırlar. Önlərinə bir mövzu çıxan kimi şərh verirlər. Hamısı paxıllıqdandır. Buna görə dətənqidlərə qarşı müdafiə olunmaq məcburiyyətini özümdə hiss etmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 269
Teqlər ,
Paylaş

logo