18 Noyabr 2018, Bazar - 12:26

L.Stroll: “Canım ağrıyır”

L.Stroll: “Canım ağrıyır”

Müəllif: Rauf Hacıyev, redaktor

11:49 - 15 Aprel, 2017

Williams komandasının sürücüsü Ləns Stroll Bəhreyndə cümə sərbəst yürüşlərindən sonra bildirib ki, istidən ayaqları yanıb.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü birinci sərbəst yürüşlərdə 7-ci olsa da, ikinci sərbəst yürüşlərdə texniki problemlər yaşayaraq günü 16-cı yerdə bağlamalı olub.

Ləns Stroll: “Ayağımda yüksək temperatur hiss etdim. Boliddə işlərim tərs getdi bilmirəm, amma canım çox ağrıdı. Radiodan mənə dedilər ki, daha bir dövrə vurmalısan, amma bu ağrı ilə mümkün deyildi. Komandadan da buna görə üzr istədim.

İkinci sessiyada da özümü boliddə yaxşı hiss etmədim. Birinci sərbəst yürüşlərdə hər şey yaxşı idi, amma birdən işlər tərsinə döndü. Ümid edirəm ki, sıralanma turunda yaxşı nəticə alaram. İşlər qaydasında olsa da, inkişaf etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 904
Teqlər , , , ,
Paylaş

logo