18 Noyabr 2018, Bazar - 01:47

L.Stroll Bəhreyndə nəfəs almaq istəyir

L.Stroll Bəhreyndə nəfəs almaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

09:14 - 12 Aprel, 2017

Williams komandasının sürücüsü Ləns Stroll çətin və xalsız keçən ilk iki yarışdan sonra daha əvvəl aşağı seriyalarda yarışdığı Bəhreyndə Formula1 karyerasının ilk xallarını qazanmaq istəyir.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü Avstraliyada əyləc probleminə görə, Çində isə Peresin təmasına görə mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Ləns Stroll: “Çin və Bəhreyn yarışları ilə Formula1 karyeramda ilk dəfə ardıcıl yarışacam. Buna görə də mənim üçün gərgin proqram olacaq. Amma Bəhreyndə daha əvvəl yarışmışam. Burada rahat nəfəs ala bilərəm.

Küləklər bəzən səhradan qum gətirdiyi üçün tras sürüşkən olur. Müasir trasdır. Bəzi yerləri enişli-yoxuşludur və başqa traslar kimi müxtəlif çətinlikləri var. Yenidən oraya qayıdacağım üçün sevincliyəm və yarışı səbirsizliklə gözləyirəm. Bir dənə çəmənliyi olmayam səhra trası olsa da, sərin yerdir. Burada həmişə gözəl yarışlar olub və bu həftə də eynisini gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 322
Teqlər , , , ,
Paylaş

logo