L.Stroll Avstriyada uğurlu seriyanı davam etdirmək istəyir

Williams komandasının sürücüsü Ləns Stroll növbəti Avstriya yarışından da ən yaxşı nəticə ilə ayrılmaq istəyir.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü vətəni Kanadada ilk xallarını qazandıqdan sonra Formula1 tarixinin ilk Azərbaycan yarışında karyerasının birinci podiumunu əldə etmişdi.

Qeyd edək ki, kanadalı debütant Formula3 seriyasında Avstriya yarışında qələbə qazanmışdı.

Ləns Stroll: “Avstriya mənim üçün tamamilə yeni bir təcrübə olmayacaq. Çünki bu trasda daha əvvəl yarışmışam. Red Bull Rinqdən xoşum gəlir və burada yarışmaqdan həzz alıram. Uğurlu olduğunuz trasa qayıtmaq həmişə gözəldir. Keçən il Formula3-də burada iki qələbə əldə etmişdim. Trasda çox döngə yoxdur, ancaq sürmək və yaxşı temp əldə etmək mümkündür. Yarış sahəsi də gözəldir. Mənə evimi xatırladır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*