22 Noyabr 2017, Çərşənbə - 13:01

L.Norris: “Həmilton idealım deyil”

L.Norris: “Həmilton idealım deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

21:11 - 07 Noyabr, 2017

McLaren-in gənc sürücüsü Lando Norris bildirib ki, yerlisi Həmiltonu idealı olaraq görmür.

F-1.az xatırladır ki, gənc sürücü bir neçə gün əvvəl McLaren komandasının ehtiyat sürücüsü təyin olunub…

Lando Norris: “Sözün açığı, Lyuisi çox da tanımıram. Keçən il FİA-nın mükafatlandırma mərasimində onu görsəm də, söhbət etmədik. Amma Fettel mənə vaxt ayırdı və təxminən 10 dəqiqə söhbət etdik. Sebastyan xarakter cəhətdən çox yaxşı insandır.

Lyuis mükəmməl sürücüdür. Xüsusən də, sıralanma turunda çox güclüdür. Yerlim olduğu üçün onu dəstəkləyirəm, amma idealım deyil. Xəyalım bir gün Formula1-də çempion olmaqdır. Bu hədəfə çatmaq üçün əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 165
Teqlər , ,
Paylaş

logo