L.K.Kamilyeri: “Yeni Razılıq Müqaviləsinə hələ çox var”

Ferrari-nin yeni prezidenti Luis Keri Kamilyeri bildirib ki, çempionatın rəhbərliyi ilə danışıqlarda işlər müsbət istiqamətdə davam edir, amma yeni Razılıq Müqaviləsinin imzalanmasına hələ çox var.

F-1.az xatırladır ki, keçən ilin yanvarında Liberty Media çempionata sahib çıxdıqdan sonra cari Razılıq Müqaviləsinin yenilənməsi barədə komandalarla danışıqlara başlamışdı. Razılıq müqaviləsi komandalar, FİA və çempionatın sahibi arasında əldə olunan anlaşmadır və hər üç tərəfin öhdəliklərini, haqlarını özündə cəmləşdirib. Liberty Media 2021-ci ildə yeni reqlamenti tətbiq edəcəyini planlaşdırdığı üçün, 2020-ci ildə müddəti başa çatacaq cari Razılıq Müqaviləsini də yeniləmək istəyir.

Luis Keri Kamilyeri: “Hələlik yeni müqavilənin texniki reqlament, maliyyə və idarəetmə aspektləri müzakirə olunur. İdmanın gələcəyini təyin edən əsas məqsədlər barədə anlaşmışıq, amma bu məqsədə çatmaq yollarını başa düşməkdən hələ uzaqdayıq.

Biz bütün çempionat iştirakçılarını qane edəcək və idmanın bütün aspektlərini nəzərə alacaq müqavilə hazırlamalıyıq. Amma mən nikbinəm və inanıram ki, razılıq əldə olunacaq. Lakin biz Ferrari olaraq təkid edirik ki, yeni müqavilə avtoidman və texnologiyanın zirvəsi olan Formula1 zərər verməməlidir.

Burada maraqların konflikti yer alır. Liberty Media daha çox pul qazanmaq istəyir, komandalar da eyni məqsədi güdürlər. Sadəcə F1-i indiki kimi saxlamaq vacib deyil – biz onu daha yaxşı etməliyik. Mən hələ bilmirəm ki, biz buna necə nail olacağıq, amma ümid edirəm ki, yekunda hamımız razı qalacağıq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*