16 Dekabr 2017, Şənbə - 19:04

L.Həmiltonun motorunun partlamasının səbəbkarı Red Bull-dur?

L.Həmiltonun motorunun partlamasının səbəbkarı Red Bull-dur?

Müəllif: Elçin Zodorov, redaktor

16:29 - 05 Oktyabr, 2016

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko komandanın sürücülərinin Malayziya Qran Prisində Lyuis Həmiltona göstərdikləri təzyiqin onun motorunun partlamasında rolunun olduğunu düşünür.

F-1.az xəbər verir ki, Helmut Marko bu barədə Formula1-in rəsmi saytına açıqlama verib: “Bu hadisənin baş verməsində bariz şəkildə bizim də payımız var. Böyük ehtimalla Həmiltonu motoru partlatmağa məcbur etdik. Pilotlarımız ona yarış boyunca təzyiq göstərdilər və liderliyinin təhlükədə olduğunu düşünərək aradakı fərqi artırmalı olduğunu anladı. Yarışboyu sürətli oldu və motora güc saldı. Bu da onun üçün heç də yaxşı variant deyildi”.

Marko hətta Həmilton yarışı dayandırmalı olmasaydı belə, qələbə qazanacaq gücdə olduqlarını bildirib: “Güclü olduğumuzu bilirdik, lakin Mercedes AMG-nin hansı vəziyyətdə olacağından xəbərimiz yox idi. Burada onlarla mübarizə apara biləcəyimizi gec hiss etdik. Sərbəst yürüşlərdə bir qədər şübhəli idik, lakin sıralanma turunun nəticələri göstərdi ki, Mercedes pilotlarından çox da geridə deyilik, Ferrari-dən isə sürətliyik. Həmilton finişə qədər getsəydi, bizim başqa planımız var idi. Ferstappeni bir daha pitə çağıracaqdıq, amma Rikkardonu isə trasda saxlayacaqdıq. Beləliklə də, Həmiltona yarışın sonuna qədər daha çox təzyiq göstərə biləcəkdik”.

Red Bull rəhbərliyi yarışın sonlarında sürücülərinə yerlərini qorumaları haqda komanda əmri verdiklərini rədd etmişdi. Marko bunu bir daha təsdiq edib: “Maks çox sürətli idi, lakin daha sərt təkərlərdə idi. Təkərlərinin resursu gözlədiyimizdən daha tez tükəndi və bu, Maks üçün yaxşı olmadı. Təkərlərin vəziyyətini bilirdi, çünki hər dövrədə nəticəsi daha da pisləşirdi. Rikkardoya hücum etməməsi üçün heç bir əmr vermədiyimiz aşkardır. Ona sadəcə bunu dedik: Əgər bu sürətlə davam etsən, bir neçə dövrədən sonra ön təkərlərin tamamilə yararsız hala düşəcək və yarışdan əliboş qayıtmalı olacaqsan”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 710
Teqlər , , , , ,
Paylaş

logo