L.Həmiltonun idealı kim olub?

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onun idealı Məhəmməd Əli olub.

F-1.az xatırladır ki, əksəriyyət əfsanəvi Ayrton Sennanı Lyuis Həmiltonun idealı zənn edir.

Lyuis Həmilton: “Mənim idmanımda çox adam sabiq sürücülərin etdiklərini oxuyurlar. Gənc sürücülərə “belə olmalısan, ən güclü sürücü olmaq üçün bunları etməlisən” kimi məsləhətlər verirlər. Məncə, bu doğru deyil. Çünki bu şeyləri özləri üçün ediblər. İnsanlar fərqlidir. Təbii ki, uğurlu və pozitiv həyatları olan insanlardan ilhamlana bilərsiniz. Onlara baxanda “Mən də ən güclü olmaq üçün əlimdən gələni edəcəm” deyə bilərsiniz. Balaca olanda otağımda Məhəmməd Əlinin şəkilləri var idi. Özünə necə motivasiya verdiyini dinləmək üçün videolarına baxardım. Məncə, onlar edirsə, mən də edərəm kimi düşüncə tərzi var idi.

İdmançı kimi indiki vəziyyətdə olmağım yaxşıdır. İndi isə mən gənclər üçün bunu etməliyəm. Hamımızın içində bu güc var və bunu ortaya çıxarmaq üçün özümüzə inanmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*