L.Həmiltonun bəhanəsi: “Keçən ilin sonunda fikrim başqa yerdə idi…”

Lyuis Həmilton keçən mövsümün son 6 yarışında poul qazana bilməmiş, son 3 yarışında da Niko Rosberqin qalib gəlməsinə mane ola bilməmişdi...

F-1.az xəbər verir ki, bir çox insanın fikrincə, Rosberqin mövsüm sonundakı çıxışı ona əlavə motivasiya verib və o, bu mövsümə əla start verə bilər.

Lyuis Həmilton: “Keçən mövsümün sonunda olanları gözümdə böyütmürəm. Əlbəttə, qalib gəlməyi həmişə istəyirəm, hədəfim də budur. Amma dediyim dövrdə fikrim başqa yerlərdə idi.

Olduqca uğurlu bir mövsüm idi. Amma hər şeyi qazana bilmərik. O vaxt düşündüm ki, Niko gələn mövsüm çox sürətli və güclü olacaq. Onu məğlub etmək üçün mən də özümü inkişaf etdirməliyəm. Ən əsas sual da elə budur: bunu necə edə bilərəm? Son 2 mövsümdə edə bildim. Amma 3-cü dəfə təkrarlamaq olduqca çətin olacaq. Son dövrlərdə simulyatorda işlədim və hələ sürə bilirəm… Mövsüm başlasın!”

 

 

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*