22 Noyabr 2017, Çərşənbə - 13:09

L.Həmiltonun adı vergi qalmaqalında hallanır

L.Həmiltonun adı vergi qalmaqalında hallanır

Müəllif: Elçin Zodorov, redaktor

15:07 - 07 Noyabr, 2017

Almaniyanın Sueddeutsche Zeitung nəşri “Paradise Papers” başlığı altında bir sıra sənədlər çap edib. Həmin sənədlərdə bütün dünyanı əhatə edən ofşor şirkətlər, eləcə də vergidən yayınan məşhurlar barədə məlumatlar yer alıblar.

F-1.az xəbər verir ki, Nike, Apple, Uber, Facebook, Siemens kimi şirkətlərin, hətta Britaniya kraliçasının da adı olan siyahıda Lyuis Həmiltona ünvanlanmış ittiham digərləri ilə müqayisədə çox da böyük deyil – britaniyalı sürücü şəxsi təyyarə alarkən 4 milyon dollardan çox vergi kompensasiyasını ödəməyərək, bəyannamədə təyyarədən biznes məqsədləri üçün istifadə etdiyini göstərib.

Həmiltonun vəkili iddia edir ki, sürücünün vergi bəyannaməsi həqiqətə tam uyğundur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 688
Teqlər
Paylaş

logo