21 Sentyabr 2017, Cümə axşamı - 12:32

L.Həmiltondan Kanadada Böyük Dəbilqə!

L.Həmiltondan Kanadada Böyük Dəbilqə!

Müəllif: Elçin Zodorov, redaktor

00:14 - 12 İyun, 2017

Yarışa pouldan başlayan britaniyalı sürücü mövsümdə üçüncü qələbəsini əldə edib.

F-1.az xəbər verir ki, yarışın startı kifayət qədər maraqlı alınıb – Maks Ferstappen ikinciliyə yüksəlib, Sayns və Felipe Massanın maşınları toqquşub və hər iki sürücü yarışı dayandırmalı olub.

Ferstappen üçün yarışın davamı start qədər uğurlu alınmayıb. Ötürmələr qutusu sıradan çıxdığından mübarizə onun üçün başa çatıb.

Yarışın sonuna isə Serxio Peres damğasını vurub. Rikkardo ilə podium mübarizəsi aparan meksikalı sürücü onu keçə bilməyib. Komanda Peresdən daha sürətli olan Okona yol verməsini xahiş edib. Lakin Peres buna əhəmiyyət verməyib. Nəticədə arxadan sürətlə gələn Fettel trasdan çıxmağa məcbur olan Okonu keçib, bir qədər sonra isə Peresin özünü də arxada qoyub.

Həmilton qalib gəlib və karyerasında dördüncü Böyük Dəbilqəsini əldə edib. Bottasın ikinci olması Mercedes AMG-yə mövsümdə ilk dublu qazandırıb. Rikkardo isə ardıcıl üçüncü yarışda podiuma yüksələ bilib.

Yarış barədə ətraflı bir qədər sonra F-1.az-da…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 547
Teqlər , ,
Paylaş

logo