15 Dekabr 2017, Cümə - 18:13

L.Həmiltondan Fettelə: “Özünə hörmət elə”

L.Həmiltondan Fettelə: “Özünə hörmət elə”

Müəllif: Rauf Hacıyev, redaktor

06:13 - 21 Noyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Bakı yarışından sonra Sebastyan Fettellə elədiyi söhbəti açıqlayıb.

F-1.az xatırladır ki, Fettel təhlükəsizlik avtomobilinin arxasında Həmiltonu bilərək vurmuş və 10 saniyəlik dayan və get cəzası almışdı.

Lyuis Həmilton: “Yarışdan sonra Sebastyanla danışdım və dedim ki, bir də belə hörmətsizlik etməsin. Əks halda aramızda problem yaranacağını dedim. Mən karyeram ərzində heç kimə belə hərəkət etməmişəm. Buna görə də bu hərəkətə çox təəccübləndim. Deyəsən, təzyiq altında özlərini itirirlər. Amma yenə də doğru hərəkət deyil. Məncə, belə hallarla mübarizə aparmaq üçün başqa şeylər etmək olar. Bu, qətiliklə doğru hərəkət deyil. Lakin olanlar oldu. Ümid edirəm ki, belə hərəkətlərlə qarşılaşmarıq. Hörmət olsa, rəqabət daha yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 202
Teqlər , , , , ,
Paylaş

logo