23 Oktyabr 2017, Bazar ertəsi - 10:04

L.Həmilton: “Yeni sıralanma formatına azarkeşlər qiymət verəcək”

L.Həmilton: “Yeni sıralanma formatına azarkeşlər qiymət verəcək”

Müəllif: Elçin Zodorov, redaktor

07:53 - 12 Mart, 2016

Yeni sıralanma formatı mövsüm başlamamışdan əvvəl ən çox müzakirə olunan mövzu olmaqda davam edir.

F-1.az xatırladır ki, yeni sıralanma formatını 4 martda Cenevrədə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclasında təsdiq etmişdi.

Lyuis Həmilton bu barədə fikir bildirmək üçün tez olduğunu, azarkeşlərin necə qiymət verəcəyini gözləmək lazım olduğunu bildirib: “Azarkeşlərin reaksiyası daha vacibdir. Mən son illərdəki dəyişikliklərdən razı qalmışam. Ona görə də, bunu pisləməyim məntiqli olmaz. Melburnda necə nəticə verəcəyini görmək üçün səbrsizlənirəm. Həqiqətən də yarışa olduqca həyəcan qata bilər. Əksi də ola bilər. Azarkeşlər ilk seansdan sonra bu barədə fikirlərini bildirəcəklər…”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər , , , , ,
Paylaş

logo