25 Sentyabr 2018, Çərşənbə axşamı - 02:04

L.Həmilton: “Yeni bolidə baxa-baxa qaldım”

L.Həmilton: “Yeni bolidə baxa-baxa qaldım”

Müəllif: Rauf Hacıyev, redaktor

10:13 - 23 Fevral, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni bolid daha stabildir.

F-1.az xatırladır ki, Mercedes keçən il ən çox poul və yarış qazanan komanda olsa da, Monako tipli traslarda problem yaşamışdı.

Lyuis Həmilton: “Bolidi Bottasla birlikdə təkmilləşdirmişik. Bugünkü bolid ikimizin sürüş tərzinin birləşməsidir. Bu, sadəcə komandaya üstünlük qazandırıb. Bolid mənim üçün pis olmayacaq. Mühəndislərlə aram yaxşıdır və bu cəhətdən əla vəziyyətdəyəm. Bu il zəif tərəflərimizi həll edəcəyimizə inanıram. Aerodinamik cəhətdən bolid çox dəyişilib. Keçən il güclü olduğumuz tərəfləri təkmilləşdirdik. Amma güclü olmadığımız traslar və sahələr var idi. Ümid edirəm ki, bu problemləri həll edərik. Amma hər şey yenidir. Asılqan sistemi yenidir və hər şey sıfırdan yığılıb.

W09 sənət əsəridir və bunu görmək inanılmazdır. Boksa girdim və örtüyü qaldıranda baxa-baxa qaldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 221
Teqlər , ,
Paylaş

logo