L.Həmilton: “Yaxşı strategiya seçməliyik”

Sinqapur Qran Prisinin sıralanma turunda 5-ci yeri tutan Lyuis Həmilton bildirib ki, yarışda yaxşı bir strategiyaya ehtiyacları var.

F-1.az xatırladır ki, Mercedes Sinqapurda həm Ferrari-dən, həm də Red Bull-dan geridə qalıb.

Lyuis Həmilton: “Bilirdik ki, burada işimiz asan olmayacaq. Sinqapur hər il bizim üçün çətin keçir. Bu il də fərqli nəticələr gözləmirdik. Sözün açığı, Ferrari-nin bu qədər güclü olacağını düşünmürdük, amma indi önümüzdə 4 ciddi rəqib var. Rəqiblərimizi məğlub edə bilmək üçün düzgün strategiya seçməliyik. Boliddən maksimumu çıxarsaq da, 5-ci yerdən yaxşı nəticə mümkün olmadı. Bizi uzun yarış gözləyir və təhlükəsizlik avtomobili ehtimalını düşünməliyik. Podiuma yüksələrək, zərəri minimuma endirməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*