L.Həmilton: “Xüsusi yarış idi”

Kanadada son 3 ildə 3-cü qələbəsini alan Lyuis Həmilton bildirib ki, bu yarış onun üçün xüsusi olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü şənbə günü Kanadada 65-ci poulunu aldıqdan sonra bazar günü qüsursuz yarış keçirdərək, karyerasındakı 4-cü böyük dəbilqəni əldə edib. Formula1 üzrə 3 qat Dünya Çempionu cari mövsümün lideri Fettellə xal fərqini 12-yə endirib.

Lyuis Həmilton: “Karyeramdakl ilk poul və qələbəni də burada qazanmışdım. Buna görə də Kanada həmişə mənim üçün xüsusi olub. Bu şəraiti yaradan bütün komanda işçilərinə təşəkkür edirəm. Bazadakılar çox yaxşı işlədilər. İki Ferrari-nin problem yaşadığı yarışda dubl etmək çox vacib idi. Valtteri də komanda üçün vacib xallar qazandı. Onu da təbrik edirəm. Ümid edirəm ki, mövsümün sonunda biz qalib gələrik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*