L.Həmilton UltraSoft təkərlərə görə narahat olub

Lyuis Həmilton etiraf edib ki, o Kanada QP-nin ilk dövrələrində UltraSoft təkərlərin dözümlülüyünə görə özünü gərgin hiss edib.

F-1.az xatırladır ki, Həmilton yarışın ilk hissəsində iki pit-stop strategiyasına keçən Sebastyan Fettelin əksinə, trasda qaldı və tək pit-stoplu strategiya seçdi. Beləliklə, Həmilton öndə qala bildi və yarışı qazandı.

Lyuis Həmilton: “UltraSoft təkərlərin nə qədər dözəcəyini bilmirdim. Sebastyanın arxasında olanda gördüm ki, artıq yeyilirlər və buna görə də narahat idim. Ancaq dözdülər. UltraSoft təkərlərlə daha çox davam edə bilərdim. Bu təkərlərlə çox getdik. Uzun hissə oldu. Gələn məlumatlar təkərlərin uzun müddət dözəcəyini deyirdi və bu gözəl xəbər idi.

Əvvəlcə limitlərdə sürmədim, amma əmin idim ki, Fettel limitlərdə sürür. Onunla mübarizə aparmaqdan həzz alırdım. Çox sürətli idi və bizə çətin anlar yaşatdılar. Belə olan halda, tək pit-stoplu strategiya seçdik”.

Həmilton son iki yarışı qazanaraq, Rosberqlə 43 xallıq fərqi 9 xala endirdi.

Lyuis Həmilton: “2 yarış əvvəl mövsümün çox çətin olduğunu düşünürdüm və bu, mənə təsir edirdi. Çox minnətdaram və özümü müqəddəs hiss edirəm. Bu gün ən yaxşı yarışımı  çıxartdığımı düşünürəm.

Hər yarışa fokuslanıb, bolidi inkişaf etdirməyə davam edəcəyik. Özümüzdə uzun yol var. Başımızı aşağı əyib, işləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*