17 Dekabr 2017, Bazar - 12:15

L.Həmilton təkər testinə qatıla bilməyib

L.Həmilton təkər testinə qatıla bilməyib

Müəllif: Elçin Zodorov, redaktor

12:51 - 13 Oktyabr, 2016

Buna səbəb sürücünün ayağında ağrılar hiss etməsi olub. O, ayağını çərşənbə axşamı məşqdə zədələyib.

F-1.az xatırladır ki, bu günlərdə Mercedes AMG komandası Pirelli-nin gələn il üçün hazırladığı təkərləri test etmək üçün ikigünlük proqramı reallaşdırır. Dünən – çərşəmbə günü Niko Rosberq, bu gün isə Həmilton sükan arxasına keçməli idi. Niko Rosberq pis hava şəraitinə görə testlərdə az dövrə vurub.

Ayağında ağrılar hiss edən Lyuis isə, ümumiyyətlə, testlərə qoşula bilməyib. O, ABŞ Qran Prisinə tam hazır ola bilmək üçün bu addımı atıb. Hazırda trasda onu Paskal Verlyayn əvəz edir.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , , ,
Paylaş

logo