18 Oktyabr 2017, Çərşənbə - 22:25

L.Həmilton: “Şumaxerin rekordunu qırmaq fikrim yoxdur”

L.Həmilton: “Şumaxerin rekordunu qırmaq fikrim yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

14:04 - 26 Sentyabr, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Mixael Şumaxerin rekordlarını qırmaq fikri yoxdur.

38F-1.az xatırladır ki, britaniyalı sürücü İtaliya yarışında Şumaxerin ən çox poul qazanmış sürücü rekordunu qırmışdı. 32 yaşlı sürücü hazırda 60 qələbə qazanıb və bu statistikada Şumaxerdən 31 qələbə geri qalaraq, ikinci yerdədir.

Lyuis Həmilton: “Hər gün özümü daha da təkmilləşdirməyə çalışıram. Bunun üçün əlimdən gələn hər şeyi edirəm. Hazırda 3 çempionluğum var və dördüncünü qazanmaq çox çətin olacaq. Buna görə də 7 Dünya Çempionluğuna fokuslanmaq doğru deyil. Mixael bu idmanın ən vacib sürücülərindən biri idi və çox çətin bir uğur qazandı. Yeddi dəfə çempion olmaq asan deyil. Heç bir rekord barədə düşünmürəm. Hər yarışı qazanmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 907
Teqlər , ,
Paylaş

logo