L.Həmilton: “Şumaxerə çatdığım üçün sevincliyəm”

Belçika Qran Prisinin sıralanma turunda poul qazanan və Mixael Şumaxerin rekordunu təkrarlayan Həmilton bildirib ki, onun üçün xüsusi günlərdən biridir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Belçikada karyerasının 200-cü Qran Prisində 68-ci poulunu qazanıb və əfsanəvi Şumaxerə çatıb.

Lyuis Həmilton: “Bu xüsusi bir gündür. Sözün açığı inanırdım ki, bir gün bu rekordu təkrarlayıb keçə bilərəm, amma bu barədə düşünməməyə çalışırdım. Sonda buna nail olduğum üçün çox sevincliyəm. 1996-cı ildə burada Mixaelin yarışını izləmişdim. Həmin gün mənim üçün gözəl idi və idmana olan sevgim artmışdı. Onun kimi əfsanəvi sürücü ilə bu rekordu bölüşmək çox gözəldir. Mənim çıxacağım çox yarış var və bu rekordu qırmağa çox yaxınam”.

Ross Braun Şumaxer ailəsinin təbrik mesajını Həmiltona çatdırıb: “Şumaxerin rekordunu təkrarladığın üçün onun ailəsi adından səni təbrik edir və bu mesajı çatdırmaq istəyirəm. Şumaxer həmişə istəyərdi ki, onun rekordlarını qırsınlar və buna görə də ailəsi sənə xüsusi təşəkkür edir”.

Lyuis Həmilton: “Rossun verdiyi mesajı eşitmək mükəmməl oldu. Buna görə çox təşəkkür edirəm. Mixael və ailəsi üçün dua edirəm. Ona həmişə heyran qaldım və indi də elədir. Hazırda poul sayında ona çatdığım üçün sevincliyəm. Amma o, yenə də bütün dövrlərin ən yaxşısı olmağa davam edəcək”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*