L.Həmilton: “Start problemini həll etmişik”

Lyuis Həmilton poul qazandıqdan sonra bildirib ki, startda yerini qoruyacağına əmindir...

F-1.az xatırladır ki, Həmilton bu mövsüm bəzi yarışların startında problem yaşayıb. Britaniyalı sonuncu Yaponiya yarışında 2-ci yerdən 8-ci yerə düşmüşdü. 31 yaşlı sürücü bu həftə sərbəst yürüşlərdə start prosedurunu  dəfələrlə məşq edib.

Həmilton problemi həll etdiklərini deyib: “Özümü yaxşı hiss edirəm. Son həftələrdə çox işlədik və inkişaf etdik. Buna görə də burada olmaq gözəl hissdir. Bütün həftəsonu ərzində start məşqləri etdim və sabah üçün özümü yaxşı hiss edirəm. Buradakı ilk poulumdur. Neçə ildir əlimdən gələni edirəm və buradakı mükəmməl insanlar bu uğuruma kömək etdilər. Buna görə də xoşbəxtəm”.

Həmilton son sessiyaya çıxarkən 7-ci ötürmədə problem yaşasa da, sonradan hər şeyin qaydasında olduğu bilinib: “Mənə dedilər ki, heç bir problem yoxdur. Bəlkə də ötürmələri dəyişəndə problem yaranıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*