18 Dekabr 2018, Çərşənbə axşamı - 23:55

L.Həmilton son yarışa sonuncu yerdən başlaya bilər

L.Həmilton son yarışa sonuncu yerdən başlaya bilər

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 16 Noyabr, 2018

Çempionluğu Meksikada elan edən Lyuis Həmilton mövsümün sonuncu yarışı Əbu Dabidə yeni güc qurğusuna keçə bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Braziliyada problemli mühərriklə qələbə qazanmışdı. Beşqat Dünya Çempionunun Əbu Dabi Qran Prisində iki seçimi var: birincisi, cari mühərriklə yarışmaq, ikincisi isə, yeni motora keçib startda yer itirmək.

Mühəndislər Braziliyada mühərriyin nasaz olduğunu vaxtında anlamışdılar və sazlanmalara düzəlişlər edərək, finişə çata bilmişdilər.

Qeyd edək ki, Həmilton mövsümdə icazə verilən üç mühərrikdən istifadə edib və yeni motora keçsə, yarışa sonuncu yerdən başlayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 242
Teqlər
Paylaş

logo