19 Oktyabr 2017, Cümə axşamı - 00:13

L.Həmilton: “Şəxsi həyatım fiziki formama təsir etmir”

L.Həmilton: “Şəxsi həyatım fiziki formama təsir etmir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:19 - 09 Aprel, 2016

Lyuis Həmilton üçüncü dəfə Dünya Çempionu titulunu qazandıqdan sonra onun şəxsi həyatı haqqında müzakirələr çoxalıb…

F-1.az Almaniyanın məşhur Auto Moto und Sport nəşrinə istinadən xəbər verir ki, Lyuis Həmilton bildirib ki, onun dəbdəbəli şəxsi həyatı dördüncü çempionluğu qazanmağa mane olmayacaq.

Lyuis Həmilton: “Sözün açığı, insanların necə fikirləşdiyini bilmirəm. Hamının özünə görə işləmək qaydası var. Mən yarışmağı və çempionluq qazanmağı boşlamamışam.

Mən bəxtim hesabına çempion olmamışam. Qalib gəldiyim yarış sayına baxsanız, bunu asanlıqla görəcəksiniz.

Mən çox gəzirəm? Əlbəttə! Bu mövzu barədə istədiyinizi deyə bilərsiniz. Hamı bir-birindən fərqlənir və özünüzə xas xarakterinizin olması çox gözəldir”.

Həmilton bildirib ki, o yenə də gününü sosial şəbəkələrdə keçirəcək: “Pilotların çoxu sosial şəbəkələrdən aktiv istifadə etmir, amma mən fanlarımla ünsiyyətdə olmağı sevirəm”.

Formula1-in yayım hüquqlarına görə Lyuis Həmiltona xəbərdarlıq edilmişdi ki, Formula1 paddokunda çəkdiyi videoları Snapchat-da yayımlamasın. Amma Lyuis bildirib ki, komanda ona sosial şəbəkələrlə bağlı heç bir qadağa qoymayıb: “Mercedes komandası mənim fikirlərimi anlayan və onlara önəm verən insanlar tərəfindən idarə edilir. Onlar bilirlər ki, sosial şəbəkələr fanlarla ünsiyyət qurmaq üçün ən yaxşı yerdir.

Mercedes komandasında mükəmməl insanlar işləyir. Komandada hamının düşüncəsi eynidir və bu da özü ilə uğur gətirir. Toto, Niki və bütün komanda, tək sözlə, mükəmməldirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 202
Teqlər , , , ,
Paylaş

logo