L.Həmilton: “Senna məndən üstündür”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, uğurlarına baxmayaraq özünü idmanın ən böyük əfsanəsi Senna ilə müqayisə etmir.

F-1.az xatırladır ki, britaniyalı sürücü bu mövsüm Formula1 tarixinin ən çox poul qazanan sürücüsü olub və Meksikada 4-cü Dünya Çempionu titulunu almağa çox yaxındır.

Lyuis Həmilton: “Ayrton yarışmağa davam edərkən dünyasını dəyişdi və hələ cavan idi. Əgər davam edə bilsəydi və daha təhlükəsiz şərait olsaydı, onda daha çox çempionluq əldə edərdi. Ona baxıb “daha yaxşıyam, çünki daha çox qələbəm, poulum və çempionluğum var” demirəm. Amma adımın onun adı ilə hallanması mənim üçün şərəfdir.

Özümü Formula1-dən kənarda təsəvvür etmirəm. Buradan zövq alıram. Burada həyatımı daha yaxşı hala gətirəcək dövr var. 40 yaşımda burada olmayacam. Bunu edə bilmərəm. Vaxtı gələndə gedəcəm. 2008-ci ildə uşaq idim. İstedadlı olsam da, təcrübəm yox idi. Amma artıq daha çox məlumatım var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*